Bank Of Baku

FİFA Azərbaycan və Ermənistan yığmaları ilə bağlı qərar verib

FİFA Azərbaycan və Ermənistan yığmaları ilə bağlı qərar verib
# 28 iyun 2011 07:00 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumu bu 2 yığmanı DÇ-2014-də ayrı-ayrı qruplara salmağı məqsədəuyğun sayıb. Rusiya və Gürcüstan yığmaları da həmin məsul yarışda bir qrupa düşməyəcək. FİFA bunu ölkələr arasında siyasi vəziyyətlə əlaqədar UEFA-nın xahişi əsasında qəbul edib. UEFA FİFA-ya bu istəklə bağlı müraciət edən yeganə qitə qurumudur. DÇ-2014-ün final mərhələsi Braziliyada keçiriləcək. Bu turnirin seçmə mərhələsinin püşkü bu ilin iyulun 30-da Rio-de-Janeyroda atılacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan milli komandaları AÇ-2008-in seçmə mərhələsində bir qrupa düşsələr də, UEFA görüşlərin məkanını onlarla razılaşdıra bilmədiyindən, oyunları ləğv etdi. Bundan sonrakı seçmə mərhələlərdə onları bir qrupa salmamaq qərara alındı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR