Bank Of Baku

Azərbaycan UEFA-nın reytinqində 3-cü pilləyə yüksəlib

Azərbaycan UEFA-nın reytinqində 3-cü pilləyə yüksəlib
# 28 iyun 2011 10:34 (UTC +04:00)
Bakı - APA. Futzal üzrə UEFA kubokunun 2011/2012-ci il mövsümündə Azərbaycan təmsilçisi “Araz” klubu mübarizəyə birbaşa elit-raundda başlayacaq. Apasport.az saytının məlumatına görə, ölkə çempionu ilə yanaşı Portuqaliyanın “Sportinq”, Qazaxıstanın “Kayrat” və İtaliyanın “Montesilvano” klubları da birbaşa elit-raundda mübarizə aparacaqlar.

Təmsilçimizin mübarizəyə bu mərhələdə başlaması UEFA-nın əmsallar cədvəlindəki yüksək mövqeyimiz ilə bağlıdır. Azərbaycan əmsallar cədvəlində 49 ölkə arasında 3-cü pillədədir. Futzalçılarımız yalnız Portuqaliya və Qazaxıstandan geri qalır.

s/s  

Assosiasiya  

Klub  

Əmsal (2011/2012)  

Mövsümdə inkişafı  

1  

Portuqaliya  

Sportinq  

51.834  

+1  

2  

Qazaxıstan  

Kayrat  

34.001  

+2  

3  

Azərbaycan  

Araz  

32.001  

+2  

4  

İtaliya  

Montesilvano  

30.167  

+9  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR