Bank Of Baku

“Qalatasaray” 18 yaşlı hücumçu ilə müqavilə bağlayıb

“Qalatasaray” 18 yaşlı hücumçu ilə müqavilə bağlayıb
# 28 iyun 2011 11:04 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Almaniya “Ayntraxt”ının futbolçusu Okan Dericinin keçidini həll edib.

18 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, “Qalatasaray”da ilk mövsümdə öncədən 150 min avro və hər ay 8 min avro qazanacaq. Müqaviləyə əsasən, növbəti 2 ildə isə Dericinin maaşı artırılacaq. Belə ki, Okana 2012/2013 və 2013/2014 mövsümlərində ayda müvafiq olaraq, 10 və 12 min avro veriləcək.

Qeyd edək ki, Derici Türkiyənin 18 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR