Bank Of Baku

Azərbaycanın futbol yığması Makedoniya millisini yeni arenada qəbul edəcək

Azərbaycanın futbol yığması Makedoniya millisini yeni arenada qəbul edəcək
# 29 iyun 2011 09:29 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının avqustun 10-da Makedoniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri balkanlılarla yeni açılan “Dalğa Arena”da görüşəcək. Mərdəkan qəsəbəsindəki stadionda baş tutacaq oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimiz indiyədək ev oyunlarını 4 stadionda keçirib. Bunlar Bakıda Respublika və “Şəfa”, Gəncə və Lənkəranda isə şəhər stadionlarıdır. FİFA, UEFA və AFFA prezidentlərinin bu ayın əvvəlində açılışında iştirak etdiyi süni örtüklü meydan ilk dəfə millimizi qəbul etməklə bu siyahıda 5-ci olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR