Bank Of Baku

Latviya milli komandasının futbolçusu Maris Verpakovskis “Bakı” komandasına keçib

Latviya milli komandasının futbolçusu Maris Verpakovskis “Bakı” komandasına keçib
# 02 iyul 2011 12:01 (UTC +04:00)
Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb.

M. Verpakovskis 1979-cu il oktyabrın 15-də anadan olub. 31 yaşlı futbolçu karyerası ərzində Latviyanın "Baltika", "Metallurq", "Skonto" klublarının formasını geyib. 2003-cü ildə Kiyev "Dinamo"suna transfer olunub. Maris 2007-2008-ci illərdə İspaniyanın "Xetafe" və "Selta", Xorvatiyanın "Hayduk" və Yunanıstanın "Erqotelis" klublarında oynayıb.

Maris Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb. Verpakovskis 3 dəfə (2001, 2002, 2003) Latviya çempionu olub, Latviya Kubokunun 2 qat (2001, 2002) sahibidir. 2004-cü ildə "Dinamo" (Kiyev) ilə Ukrayna çempionu titulunu qazanıb, 2005-2006-cı illərdə ardıcıl 2 dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.

Futbolçu 2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdır. 2003 və 2004-cü illərdə Latviyanın ən yaxşı futbolçusu seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR