Bank Of Baku

“Qarabağ” dünya klublarının reytinqində 47 pillə irəliləyib

“Qarabağ” dünya klublarının reytinqində 47 pillə irəliləyib
# 04 iyul 2011 08:56 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 1 təmsilçisi var. Bu, Ağdamın “Qarabağ” klubudur. Hesabında 94 xal olan “Qarabağ” 168-ci yerdədir. Qurban Qurbanovun yetirmələri bu mövqeni “Serkl Brügge” (Belçika), “Nitsa” (Fransa) və “Zestafoni” (Gürcüstan) klubları ilə bölüşür.

Ötən ay 215-ci olan “Qarabağ” Avroliqanın Litva “Banqa”sı ilə oyunundakı darmadağın (4:0) sayəsində 47 pilləlik sıçrayışa nail olub. Komandamızın keçdiyi klublar sırasında “Latsio”, “Parma” (hər ikisi İtaliya), “Fulhem” (İngiltərə) və 204-cü olan “Qalatasaray” (Türkiyə) var. Hesabında 86 xal olan “Cim Bom” 194-cü pillədən 10 addım geriləyərək “Qarabağ”dan 36 mövqe aşağıdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR