Bank Of Baku

Kriştianu Ronaldo: “Mən kasıblıqda böyümüşəm, oyuncağım belə olmayıb”

Kriştianu Ronaldo: “Mən kasıblıqda böyümüşəm, oyuncağım belə olmayıb”
# 04 iyul 2011 10:35 (UTC +04:00)
Bakı - APA. “Həyat mənim üçün həmişə 1-ci yerdə olub. Ən vacib odur ki, mənim oğlum var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Madrid “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo deyib.

Həyatda onun üçün dəyərli şeylər haqda danışan Ronaldo oğlunun ərköyün böyüməsini istəmir: “Ailəmdən sonra futbol, 3-cü yerdə isə pul gəlir. İstərdim ki, oğlum da yolumu davam etdirərək, futbolçu olsun. Ancaq o, istədiyi yolu seçə bilər. Hələ bu haqda fikirləşmək tezdir. Onu dəb-dəbədən kənarda saxlamağa hazırlaşıram. Oğlum ərköyün böyüməməlidir. Qoy adi şagirdlər kimi adi məktəbə getsin”.

26 yaşlı hücumçu uşaqlığı ilə bağlı maraqlı fikirlər də səsləndirib. Məlum olub ki, hazırda planetin ən bahalı futbolçusu olan Ronaldonun vaxtilə oyuncaq almağa belə pulu olmayıb: “Mən kasıblıqda böyümüşəm. Oyuncağım olmayıb, mənə ad günlərində hədiyyələr verirdilər. Otağımı 2 bacım və qardaşımla bölürdüm. Ancaq bizim ətrafımızdakılar da belə yaşayırdılar, biz xoşbəxt idik. İndi mən qazanıram və onlara kömək edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR