Bank Of Baku

Dünyanın ən məhsuldar futbolçularının siyahısı açıqlanıb

Dünyanın ən məhsuldar futbolçularının siyahısı açıqlanıb
# 05 iyul 2011 08:23 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya milli komanda və qitə kuboklarında üst-üstə ən azı 5 qol vuranlar daxil olub. 54 futbolçunun yer aldığı cədvələ “Mançester Yunayted” (İngiltərə) klubunun meksikalı forvardı Xavyer Ernandes başçılıq edir. Yığmada 10, klubda 3 dəfə fərqlənən “Çikarito” ləqəbli futbolçunun ümumilikdə 13 qolu var.

Kolumbiya millisində 1, “Portu”da (Portuqaliya) 10 qol vuran Radamel Falkao siyahıda 2-ci pilləni tutur. İtaliya yığmasının 3 qoluna imza atan Cüzeppe Rossi “Vilyarreal”da (İspaniya) 6 dəfə fərqlənməklə ümumi göstəricisini 9-a çatdıraraq 3-cü yerdədir.

Qeyd edək ki, 54 nəfərlik siyahıda Azərbaycan təmsilçisi yer almayıb. Ölkəmizin ən yaxşı qolçusu isə Vüqar Nadirovdur. Ötən ay 3 qol vuran 24 yaşlı hücumçu Azərbaycan milli komandasında 1, “Qarabağ”da 2 dəfə fərqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR