Bank Of Baku

Kriştianu Ronaldo dünyanın ən yüksək ödənişli futbolçusu adını itirib

Kriştianu Ronaldo dünyanın ən yüksək ödənişli futbolçusu adını itirib
# 05 iyul 2011 14:51 (UTC +04:00)
Bakı – APA. Dünyanın ən yüksək ödənişli futbolçusu adının sahibi dəyişib. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu Dario Konka planetin ən qiymətli oyunçusu adına yiyələnib.

Braziliyanın “Fluminense” klubunda oynadığı vaxt bu ölkənin ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçinin rekord müəyyənləşdirməsinə Çinin “Quançjou” komandasına keçidi səbəb olub. 28 yaşlı cənubi amerikalı 2,5 ilə 38,5 milyon dollar maaş alacaq.

Bu, İspaniyanın “Real” klubunda çıxış edən portuqaliyalı Kriştianu Ronaldonun əmək haqqından da yüksəkdir. Belə ki, pireneyli ildə 12 milyon dollar alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR