Bank Of Baku

Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksələn klublardan biri müəyyənləşib

Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksələn klublardan biri müəyyənləşib
# 06 iyul 2011 07:29 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasının I təsnifat mərhələsində 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Lüksemburqda keçirilən qarşılaşmada yerli “Düdelanj” klubu Andorra çempionu “Santa Koloma”nı qəbul edib. Meydan sahibləri səfərdə olduğu kimi cavab oyununda da 2:0 hesabı ilə qalib gəlib. Cırtdan ölkə təmsilçisinin qapısına hər iki qolunu nigeriyalı Amadu Abdulley vurub.

Qeyd edək ki, “Düdelanj” II təsnifat mərhələsində Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq. Çempionlar Liqasının I təsnifat mərhələsinə isə bu gün yekun vurulacaq.

“Düdelanj” (Lüksemburq) – “Santa Koloma” (Andorra) – 2:0
Abdulley, 60, 89
İlk oyun – 2:0
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR