Bank Of Baku

Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub

Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub
# 07 iyul 2011 07:35 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasının 2011/12 mövsümündə I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin son matçı Maltada baş tutub. Yerli çempion “Valletta” San-Marino təmsilçisini ilk oyunda olduğu kimi yenə məğlub edib. Səfərdə böyük hesablı qələbəyə sevinən maltalılar 2 penaltinin təyin olunduğu ev qarşılaşmasında əzmkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, “Valletta” II təsnifat mərhələsində Litva çempionu “Ekranas”la qarşılaşacaq.

I təsnifat mərhələsi

“Valletta” (Malta) – “Tre Fiori” (San-Marino) – 2:1
Zammit, 58-pen., Silva, 88 – Lisi, 21-pen.
İlk oyun – 3:0
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR