Bank Of Baku

Azərbaycan futzal yığmasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Azərbaycan futzal yığmasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub
# 07 iyul 2011 15:01 (UTC +04:00)
Bakı – APA. Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə dünya çempionatının ilkin və əsas seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi əsas seçmə mərhələnin 5-ci qrupunda Xorvatiya, Ukrayna yığmaları və ilkin seçmə mərhələnin E qrupunda birinci yeri tutacaq komanda ilə mübarizə aparacaq. İlkin seçmə mərhələnin E qrupunda Makedoniya, Çernoqoriya, Fransa və İsveçrə yığmaları yer alıb.

Xatırladaq ki, futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində millimizin mübarizə aparacağı 5-ci qrupun oyunları dekabrın 14-dən 18-dək olan müddətdə Bakı şəhərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR