Bank Of Baku

“Qarabağ” növbəti mərhələdə, AZAL mübarizəni dayandırdı

“Qarabağ” növbəti mərhələdə, AZAL mübarizəni dayandırdı
# 07 iyul 2011 21:03 (UTC +04:00)
Bakı-APA. Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” Litvanın «Banqa» klubuna Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda 3:0 hesabı ilə qalib gəlib. Qolları Admir Teli, 29, Rəşad Sadiqov, 34, Ansi Aqolli, 75 vurublar. Səfərdə keçirilən ilk oyun 4:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatmışdı. “Qarabağ” II təsnifat mərhələsində Farer adalarının “Streymur” klubu ilə görüşəcək. UEFA-nın əvvəlki “Olimpik-Şüvəlan” adı ilə tanıdığı AZAL isə səfərdə Belarusun «Minsk» klubu ilə görüşüb. Oyun 2:1 hesabı ilə meydança sahiblərinin xeyrinə başa çatıb. Qolları Yevgeni Loşankov, 5, Denis Saçeko, 11 - Zohair Benouahi, 66 vurublar. İlk görüş 1:1 hesabı ilə başa çatdığından AZAL avrokuboklarda bu ilki çıxışını dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR