Bank Of Baku

Nazim Süleymanov istefa verdi

Nazim Süleymanov istefa verdi
# 07 iyul 2011 21:31 (UTC +04:00)
Bakı-APA. AZAL klubunun baş məşqçisi Nazim Süleymanov istefa verib. Apasport.az saytının xəbərinə görə, buna “təyyarəçilərin” “Minsk”lə Avropa Liqası oyunlarında göstərdiyi uğursuz çıxış səbəb olub.

Bir həftə öncə Bakıda Belarus təmsilçisi ilə 1:1 hesablı bərabərliyə qalan AZAL iyulun 7-də Minskdə baş tutan cavab oyununda uduzub – 1:2. Avropa Liqasında çıxışını dayandırdıqdan sonra Süleymanov postundan ayrılmaq qərarına gəlib.

“Minsk”lə oyundan sonra qərarını açıqlayan təcrübəli çalışdırıcının istefasının qəbul olunub-olunmayacağı yaxın günlərdə bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR