Bank Of Baku

Azərbaycan UEFA-nın klub reytinqində daha bir addım irəliləyib

Azərbaycan UEFA-nın klub reytinqində daha bir addım irəliləyib
# 08 iyul 2011 09:16 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqası və Avroliqanın I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2007-2012-ci illəri əhatə edən 5 illik reytinqdə Azərbaycanın da xal hesabı artıb.

“Qarabağ”ın “Banqa” ilə cavab matçında da qələbə qazanması sayəsində ölkəmiz daha 0,250 xal əldə edib. Bu isə xal hesabımızın 5,457-yə çatmasına imkan verib. Bu isə bu matçlaradək 37-ci olan ölkəmizin daha 1 pillə irəliləməsinə səbəb olub. Cari mövsümün startına kimi olan son 4 ildə hesabına 4,832 xal toplayan Azərbaycan 38-ci pillədə olan Azərbaycan ilk oyunlardan sonra Sloveniyanı keçmişdirsə bu dəfə Latviyanı da arxada qoyub. Bu cari mövsüm toplanılan 0,625 xalın köməyi ilə mümkün olub.

İndi isə növbədə İrlandiyanı keçməkdir. Lakin bunun üçün “Qarabağ”ın 1 qələbəsi yetmir. Ardıcıl 2 həftədir pillə-pillə irəliləyən ölkəmizin gələn həftə də irəliləməsi üçün ağdamlılarla yanaşı “Neftçi” və “Xəzər Lənkəran”da reytinqə xal bəxş etməlidir.

Əgər Azərbaycan daha 2 pillə irəliləsə və Latviya, İrlandiya, Litvanı keçsə bu bizə böyük üstünlük verəcək. Belə ki, növbəti deyil, ondan sonrakı - 2013/14 mövsümündə I təsnifat mərhələsində cəmi 1 komandamız iştirak edə bilər. Çünki 34-cü pillənin sahibinin Avroliqadakı 3 təmsilçisindən yalnız 1-i I, 2-si isə II təsnifat mərhələsindən mübarizəyə başlayır. İndiki vəziyyətdə isə 1 komandamız II, 2-si isə I raunddan mübarizəyə qoşulur.

...33. Moldova – 6,249
34. Litva – 6,125
35. İrlandiya – 5,875
36. Azərbaycan – 5,457
38. Sloveniya – 5,374
36. Latviya – 5,249
39. Makedoniya – 4,791...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR