Bank Of Baku

“Trabzonspor” klubunun prezidenti həbs olunub

“Trabzonspor” klubunun prezidenti həbs olunub
# 11 iyul 2011 07:30 (UTC +04:00)
Bakı – APA. Türkiyədə danışılmış oyunlar və Futbol Federasiyasının keçirdiyi menecerlik imtahanının suallarının öncədən satılması ilə bağlı istintaq çərçivəsində 2-ci həbs dalğası başlayıb. APA-nın xəbərinə görə, iyulun 11-də səhər tezdən polis “Trabzonspor” idman klubunun prezidenti Sadri Şənəri saxlayıb. S. Şener İstanbulda saxlanılaraq şəhər Əmniyyət Müdirliyinə (polis idarəsi) aparılıb. Ona qarşı konkret hansı ittihamın irəli sürüldüyü hələlik bəlli deyil.

2-ci həbs dalğasında saxlanılanlar arasında Türkiyə Futbol Federasiyası İdarə Heyətinin keçmiş üzvü Ləvənt Kızıl və “Ankaragücü” komandasının qapıçısı Sərdar Kulbilgə də var. Əməliyyat davam edir.

Xatırladaq ki, danışılmış oyunlar və saxta menecerlik imtahanı ilə bağlı polis əməliyyatı iyulun 3-də başlayıb. Məhkəmə “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım da daxil olmaqla 26 nəfər haqqında həbs-qətimkan tədbiri seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR