Bank Of Baku

“Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım haqqında həbs-qətimkan tədbiri seçilib

“Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım haqqında həbs-qətimkan tədbiri seçilib
# 11 iyul 2011 07:48 (UTC +04:00)
APA-nın xəbərinə görə, əvvəlcə prokuror ittiham olunan şəxsi 10 saata yaxın dindirib. Dindirmənin sonunda klub rəhbəri həbs-qətimkan seçilməsi tələbi ilə məhkəməyə göndərilib. Məhkəmə də öz növbəsində Ə. Yıldırımı 10,5 saat sorğu-suala tutub. Bu proses boyu bir neçə dəfə Ə. Yıldırımın halı pisləşib və o, xəstəxanaya aparılıb.

İyulun 10-da axşam məhkəmə qərarını elan edib və “Fənərbağça”nın prezidenti haqqında həbs-qətimkan tədbiri seçib. Ə. Yıldırım mütəşəkkil cinayətkar dəstə yaratmaq, idarə etmək və danışılmış oyunları təşkil etməkdə ittiham olunur.

Xatırladaq ki, daha əvvəl də “Fənərbağça”ın vitse-prezidenti, baş direktoru, baş mühasibi də daxil olmaqla 25 nəfər haqqında həbs-qətimkan tədbiri seçilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR