Bank Of Baku

Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti polis tərəfindən saxlanılıb

Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti polis tərəfindən saxlanılıb
# 11 iyul 2011 10:19 (UTC +04:00)
Bakı – APA. Türkiyə Futbol Federasiyasının (TFF) keçmiş prezidenti, bu il iyunun 29-da bu vəzifədən gedən Mahmud Özgənər polis tərəfindən saxlanılıb. APA-nın xəbərinə görə, danışılmış oyunlar və Futbol Federasiyasının keçirdiyi menecerlik imtahanının suallarının öncədən satılması ilə bağlı istintaq çərçivəsində həyata keçirilən 2-ci həbs dalğası keçmiş TFF rəhbərliyini də əhatə edib. TFF-nin keçmiş prezidenti M. Özgənər, TFF İdarə Heyətinin keçmiş üzvü Ləvənt Kızıl və M. Özgənərin müşaviri olmuş Mümtaz Karakaya polis tərəfindən saxlanılıb. İyulun 11-də səhər tezdən başlayan 2-ci həbs dalğasında saxlanılanlar arasında “Trabzonspor” idman klubunun prezidenti Sadri Şənər və “Ankaragücü” komandasının qapıçısı Sərdar Kulbilgə də var. Əməliyyat davam edir.

Xatırladaq ki, danışılmış oyunlar və saxta menecerlik imtahanı ilə bağlı polis əməliyyatı iyulun 3-də başlayıb. Məhkəmə “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım da daxil olmaqla 26 nəfər haqqında həbs-qətimkan tədbiri seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR