Bank Of Baku

Türkiyə Futbol Federasiyası danışılmış oyunlarda iştirak edən “Fənərbağça” və “Trabzonspor”la bağlı qərar çıxarıb

Türkiyə Futbol Federasiyası danışılmış oyunlarda iştirak edən “Fənərbağça” və “Trabzonspor”la bağlı qərar çıxarıb
# 12 iyul 2011 07:51 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, qurum hər 2 komanda ilə cəza tədbirləri görməməyi qərara alıb. Bununla da, “Fənərbağça” birbaşa ÇL-in qrup mərhələsində, “Trabzonspor” isə son təsnifat mərhələsində oynaya biləcək.

Məlum olduğu kimi, hər 2 klub danışılmış oyunlarla bağlı Türkiyədə yaranan qalmaqallı hadisələrin əsas mərkəzindədir. “Fənərbağça” və “Trabzonspor”un prezidentləri – Əziz Yıldırımla Sədri Sener danışılmış oyunların təşkilində şübhəli kimi həbs olunublar. Bununla belə, TFF istintaqın sonuna və bukmeker fırıldaqları ilə bağlı iş məhkəməyə verilənə kimi hazırkı çempion və gümüş medalçı ilə bağlı cəza ölçüsü götürməyəcəyini elan edib. Bundan əlavə, qurum əvvəldən də planlaşdırıldığı kimi, avqustun 5-də Superliqada növbəti mövsümün başlayacağını təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR