Bank Of Baku

AZAL yeni baş məşqçi ilə müqavilə bağlayıb

AZAL yeni baş məşqçi ilə müqavilə bağlayıb
# 13 iyul 2011 11:59 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin rəhbərliyi Nazim Süleymanovun istefasından sonra baş məşqçi postuna Elxan Abdullayevin təyinatını rəsmiləşdirib. Bu gün klubun ofisinə dəvət olunan 41 yaşlı çalışdırıcı ilə qısa danışıqlardan sonra 1 illik müqavilə imzalanıb.

Abdullayevin son iş yeri məşqçi kimi çalışdığı Qazaxıstanın “Atırau” klubu olub. Məşqçilik karyerasına 28 yaşında başlayan Abdullayev uzun müddət “Dinamo”ya rəhbərlik edib, klubun “Bakı” adı altında ilk baş məşqçisi olub. O, “Qarabağ”a da baş məşqçilik edib. Bundan əlavə, Abdullayev Azərbaycan milli komandaları və “İnter”də məşqçi vəzifəsini tutub. O, məşqçilikdə ən yüksək dərəcə sayılan "Pro" kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Qeyd edək ki, Elxan Abdullayev Azərbaycanın ən yaxşı məşqçilərindən olan mərhum Ruslan Abdullayevin oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR