Bank Of Baku

Kiyev “Dinamo”sunun sabiq qapıçısı “Kəpəz”ə baxışa gəlib

Kiyev “Dinamo”sunun sabiq qapıçısı “Kəpəz”ə baxışa gəlib
# 13 iyul 2011 15:15 (UTC +04:00)
Bakı – APA. “Kəpəz” komandası daha 2 ukraynalı futbolçunu baxışa çağırıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumatına görə, gəncəlilər qapıçı Vladimir İkonnikovla yarımmüdafiəçi Dmiti Yevstafiyevi sınaqdan keçirir. Artıq komandanın məşqlərinə qatılan İkonnikov 2004-cü ilədək Kiyev “Dinamo”sunun əvəzedici heyətinin, sonralar isə Ukraynanın İvano-Frankovsk şəhərini təmsil edən “Prikarpatye” klubunun qapısını qoruyub. 29 yaşlı legioner 1,92 metr boya malikdir.

Gəncə klubunun baş məşqçisi Mehman Allahverdiyevin sınaqdan keçirdiyi 26 yaşlı D. Yevstafiyev isə Çerniqovun “Dnestr” və Xarkovun “Qelius” komandasının şərəfini qoruyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR