Bank Of Baku

“Neftçi” Çempionlar Liqasının ilk oyununda böyük hesabla uduzub

“Neftçi” Çempionlar Liqasının ilk oyununda böyük hesabla uduzub
# 14 iyul 2011 08:06 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, ölkəmizin turnirdə yeganə təmsilçisi olan “Neftçi”nin 3 ildən sonra avrokuboklara qayıdışı uğursuz olub. Çempion Zaqreb “Dinamo”su ilə səfər oyununda böyük hesabla uduzmaqla, mərhələ keçmək şansını azaldıb.

Ümumiyyətlə, son 11 oyundan 6-da böyük hesablı qələbə qeydə alınıb. Postsovet məkanı təmsilçilərindən yalnız Gürcüstanın “Zestafoni” komandası qalib gələ bilib. “Zestafoni” Moldovanın son çempionu “Daçiya” üzərində böyük hesabla qazanılıb.

Çempionlar Liqası, II təsnifat mərhələsi

İlk oyunlar


13 iyul

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Neftçi" (Azərbaycan) - 3:0
Badel, 37, Krstanoviç, 46, 65-pen

"Makkabi" (Hayfa, İsrail) - "Boras" (Bosniya və Herseqovina) - 5:1
Amaşa, 45+1, 71, 73, Yampolski, 72, Qolasa, 80 - Raspudiç, 24

"Skenderbeu" (Albaniya) - APOEL (Kipr) - 0:2
Nunu Moraiş, 52, Manduka, 56

"Şturm" (Avstriya) - "Videoton" (Macarıstan) - 2:0
Sobiç, 68, Kinast, 90+2

"Zestafoni" (Gürcüstan) - "Daçiya" (Moldova) - 3:0
Gelaşvili, 14, Dvali, 23, 40

"Partizan" (Serbiya) - "Şkendiya" (Makedoniya) - 4:0
Vukiç, 48, Eduardo, 58, Şepoviç, 74, Emini, 76-öz qapısına

"Malmö" (İsveç) - "Torshavn" (Farer adaları) - 2:0
Redjepi, 58, Holm, 77-öz qapısına

"Rusenborq" (Norveç) - "Breydablik" (İslandiya) - 5:0
Şelbred, 43, Dorsin, 48, Henriksen, 72; Pritsa, 76, Olsen, 86

"Banqor Siti" (Uels) - HİK (Finlandiya) - 0:3
Sadik, 14, 55, Sorsa, 89

"Skonto" (Latviya) - "Visla" (Krakov, Polşa) - 0:1
Rode, 40-öz qapısına

"Linfild" (Şimali İrlandiya) - BATE (Belarus) - 1:1
Fordays, 5 - Renan Bressan, 38-pen

Qeyd edək ki, cavab oyunları iyulun 19-20-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR