Bank Of Baku

“Beşiktaş” son mövsümdə qazandığı Türkiyə kubokundan imtina edib

“Beşiktaş” son mövsümdə qazandığı Türkiyə kubokundan imtina edib
# 14 iyul 2011 15:14 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Beşiktaş” idman klubunun rəhbərliyi dünya futbol tarixinə düşəcək şok bir qərar qəbul edib. APA-nın xəbərinə görə, klub 2010/2011 futbol mövsümündə qazanılan Türkiyə kubokunu Futbol Federasiyasına geri qaytarmaq qərarına gəlib. Klub rəhbərliyi hazırda danışılmış oyunlarla bağlı davam edən istintaq və daha sonra başlayacaq məhkəmə prosesinin sonuna qədər gözləyəcəklərini, məhkəmədə “Beşiktaş” təmsilçilərinə bəraət verilənə qədər Türkiyə kubokunun sahibi adından imtina etdiklərini açıqlayıb.

Qeyd edək ki, danışılmış oyunlarla bağlı istintaq çərçivəsində “Beşiktaş”ın vitse-prezidenti Sərdal Adalı və “Beşiktaş” futbol komandasının baş məşqçisi Tayfur Havutçu haqqında həbs-qətimkan tədbiri seçilib. S. Adalı may ayında oynanan ölkə kuboku finalından əvvəl rəqib “İstanbul Böyük Şəhər Bələdiyyəsi” komandasının aparıcı oyunçusu İbrahim Akına 150 min dollara yarış atı almaqda və matçda zəif oynaması müqabilində pul vəd etməkdə günahlandırılır. T. Havutçu isə finaldan öncə İ. Akın və rəqibin digər aparıcı oyunçusu İsgəndər Alına sezon sonunda onları “Beşiktaş”a transfer edəcəyinə dair vəd verməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR