Bank Of Baku

Azərbaycan komandaları Avroliqanın II mərhələsinin ilk oyununda qələbə qazana bilməyib

Azərbaycan komandaları Avroliqanın II mərhələsinin ilk oyununda qələbə qazana bilməyib
# 15 iyul 2011 08:39 (UTC +04:00)
Bakı – APA. Avroliqada II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən “Qarabağ”la “Xəzər Lənkəran” komandaları səfərdəki görüşlərində qalib gələ bilməyiblər. Ağdam təmsilçisi Farer adalarının “Streymur” klubu ilə matçda son saniyələrdə buraxdığı qolla qələbəni əldən verib (1:1). “Xəzər Lənkəran” isə Təl-Əviv “Makkabi”sinə 2 top fərqi ilə uduzub – 1:3.

Lənkəranlıların səfərdə vurduğu qol mərhələ keçmək şansını saxlayır. Cənub təmsilçisi evdə 2:0 hesabı ilə qalib gələrsə, III mərhələyə keçəcək. “Qarabağ”a isə zəif rəqiblə ev oyununda 0:0 hesablı heç-heçə də sərf edir.

Avroliqa, II təsnifat mərhələsi
İlk oyunlar


14 iyul

"Streymur" (Farer adaları) - "Qarabağ" (Azərbaycan) - 1:1
A. Hansen, 90+3 - Əliyev, 11

"Makkabi" (Təl-Əviv, İsrail) - "Xəzər-Lənkəran" (Azərbaycan) - 3:1
Konate, 22, Atar, 39, İsrailyeviç, 44 - Mureşan, 45+1

"Qlentoran" (Şimali İrlandiya) - "Vorskla" (Ukrayna) - 0:2
Bezus, 29, Yanuzi, 38

"Metallurq" (Gürcüstan) - "İrtış" (Qazaxıstan) - 1:1
Kvaxadze, 73 - Daskalov, 79

"Suduva" (Litva) - "Elfsborq" (İsveç) - 1:1
Benyuşis, 88 - Kin, 78

"Metallurq" (Makedoniya) - "Lokomotiv" (Sofiya, Bolqarıstan) - 0:0

"Sen-Culia" (Andorra) - "Bney-Yehuda" (İsrail) - 0:2
Balili, 6, Marinkoviç, 56

"Jelezniçar" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) - 1:0
Beşliya, 60

"Kuopio" (Finlandiya) - "Qaz-Metan" (Rumıniya) - 1:0
Venyalaynen, 16

"Minsk" (Belarus) - "Qaziantepspor" (Türkiyə) - 1:1
Razin, 22 - Saçivko, 51-öz qapısına

"İskra-Stal" (Moldova)- "Varajdin" (Xorvatiya) - 1:1
Ponomar, 17 - Tkalçiç, 12

"Tauras" (Litva) - "Den Haaq" (Hollandiya) - 2:3
Yerkoviç, 56-pen, R. Zeedorf, 73 - İmmers, 71, 82-pen, Siryaviçyus, 90+4-öz qapısına

"Yuvenes-Doqana" (San-Marino) - "Rabotniçki" (Makedoniya) - 0:1
Petkovski, 86

"Erebru" (İsveç) - "Sarayevo" (Bosniya və Herseqovina) - 0:0

"Kruzeyders" (Şimali İrlandiya) - "Fulhem" (İngiltərə) - 1:3
Adamson, 54 - Briqqs, 39, Zamora, 74, Mörfi, 77-pen

"Lanelli" (Uels) - "Dinamo" (Tiflis, Gürcüstan) - 2:1
Follouz, 8, 51 - Odikadze, 81-pen

"Floriana" (Malta) - AEK (Kipr) - 0:8
Mrdakoviç, 4, Pavlu, 12, Qonsalo Qarsiya, 24, 42, 53, Linssen, 36, Qomes, 74, Mitidis, 84

"Şaxtyor" (Belarus) - "Ventspils" (Latviya) - 0:1
Kosmaçev, 89

"Flyamurtari" (Malta) - "Yablonets" (Çexiya) 0:2
Qolı: Lafata, 70, 76

"Reykyavik" (İslandiya) – “Jilina” (Slovakiya) - 3:0
B. Qudyonsson, 25, Arnarson, 51, Finnboqason, 55-pen

"Volerenqa" (Norveç) - "Mika" (Ermənistan) - 1:0
Berre, 68

"Olimpiya" (Sloveniya) - "Bohemians" (İrlandiya) - 2:0
Vrşiç, 45+2-pen, 76

"Domjale" (Sloveniya) – “Split" (Xorvatiya) - 1:2
Pekiç, 47-pen - Çop, 41; Vitaiç, 76

"Differdanj" (Lüksemburq) - "Levadiya" (Estoniya) - 0:0

"Tirana" (Albaniya) - "Spartak" (Slovakiya) - 0:0

"Ferensvaroş" (Macarıstan) - "Olesunn" (Norveç) - 2:1
Olax, 38; Abdi, 56 - Okoronkvo, 27

"Metallurq" (Latviya) - "Zalsburq" (Avstriya) - 1:4
Kalns, 61 - Alan, 22, 44, 45+1, Siommer, 89

"Rad" (Serbiya) - "Olimpiakos" (Volos, Yunanıstan) - 0:1
Martin, 87

TNS (Uels) - "Mityulland" (Danimarka) - 1:3
Evans, 59 - Hassan, 65, D. Olsen, 86-pen, Albek, 90+3

"Keçkemet" (Macarıstan) - "Aktobe" (Qazaxıstan) - 1:1
Radanoviç, 23 - Mane, 59

"Haken" (İsveç) - "Honka" (Finlandiya) - 1:0
Ranegi, 36-pen

"Anortosis" (Kipr) - "Qaqra" (Gürcüstan) - 3:0
Vuçiçeviç, 8, Rezek, 35, 71

"Vaduts" (Lixtenşteyn) - "Voyvodina" (Serbiya) - 0:2
Umaru, 60, İliç, 70

"Rudar Plevlya" (Çernoqoriya) - "Austriya" (Avstriya) - 0:3
Barazite, 35, 63, Yun, 75

"Şlensk" (Polşa) - "Dandi Yunayted" (Şotlandiya) - 1:0
Voskamp, 75

"Şaxtyor" (Qazaxıstan) - "Sent-Patriks" (İrlandiya) - 2:1
Vasilyeviç, 52, 86 - D. Makmillan, 79

"Hafnarfyordur" (İslandiya) - "Nasional" (Portuqaliya) - 1:1
Qolı: Bğərnason, 67 - Gdqar Koşta, 45+1

"Pakş" (Macarıstan) - "Tromse" (Norveç) - 1:1
Voyer, 57 - Andersen, 26

TPS (Finləndiya) - "Vesterlo" (Belçika) - 0:1
Kabek, 90+3

"Vlajniya" (Albaniya) - "Tun" (İsveçrə) - 0:0

Qeyd edək ki, cavab oyunları iyulun 21-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR