Bank Of Baku

Madridin “Real” komandası 45 milyon avroya hücumçu transfer edib

Madridin “Real” komandası 45 milyon avroya hücumçu transfer edib
# 15 iyul 2011 09:44 (UTC +04:00)
Bakı – APA. Madridin “Real” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Braziliya milli komandasının hücumçusu Neymarın “Kral klubu”na keçidi rəsmiləşib. Madridlilər “Santos”un 19 yaşlı futbolçusunun transferi ilə bağlı razılığa gəlib. Avropanın bir sıra güclü klublarının transfer siyahısında yer alan Neymarla müqavilə 6 illik nəzərdə tutulub. “Santos” bu keçidə görə 45 milyon avro alacaq, Neymarın 1 mövsümə məvacibi 5 milyon avro olacaq.

Qeyd edək ki, Braziliyanın ən istedadları futbolçularından sayılan, Pelenin böyük rəğbət bəslədiyi Neymar onun kimi “Santos”un yetirməsidir. Hücumçu 2008-ci ildən oynadığı bu komandada 65 oyunda 28 qol vurub. Neymar qışda “Neftçi”yə keçənə kimi Rodriqinyo ilə “Santos”da komanda yoldaşı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR