Bank Of Baku

“Neftçi” Çempionlar Liqasında mübarizəni qol vurmadan dayandırdı

“Neftçi” Çempionlar Liqasında mübarizəni qol vurmadan dayandırdı
# 20 iyul 2011 09:52 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Azərbaycan Premyer Liqasının ən güclüsü olan “Neftçi” Xorvatiya çempionu “Dinamo” ilə ikinci duelə çıxıb.

Zaqrebdə üzləşdiyi 0:3 hesablı darmadağınla azarkeşlərini məyus edən “ağ-qaralar” nüfuzunu bərpa etməyi bacarmayıb. Paytaxt təmsilçisi növbəti dəfə bərbad oyun nümayiş etdirərək, 0:0 hesablı heç-heçə ilə kifayətlənib.

Zaqreblilərin üstünlüyü şəraitində keçən matçda “Neftçi”nin məğlub olmamağının yeganə səbəbkarı isə Saşa Stamenkoviç olub. Serbiyalı qolkiper dəfələrlə bərbad oyun göstərən komandasını qoldan xilas edib.

“NEFTÇİ” (BAKI, AZƏRBAYCAN) – “DİNAMO” (ZAQREB, XORVATİYA) - 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Hannes Kaasık (Estoniya)
İlk oyun – 0:3
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR