Bank Of Baku

“Neftçi” rəhbərliyi baş məşqçini istefaya göndərmək fikrində deyil

“Neftçi” rəhbərliyi baş məşqçini istefaya göndərmək fikrində deyil
# 20 iyul 2011 16:10 (UTC +04:00)
Bakı – APA. “İstefa azarkeşlərin fikridir. İstefa ilə iş bitmir”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsində komandasının 2 oyunun nəticəsinə görə Zaqreb “Dinamo”suna məğlub olaraq mübarizəni dayandırmasına münasibət bildirib.

Sadıqov KİV nümayəndələrinə açıqlamasında deyib ki, Bakıda baş tutan matçda azarkeşlərin baş məşqçi Arif Əsədovu istefaya səsləməsi ilə heç nə dəyişməyəcək: “Oyun ciddi təhlil olunacaq. Komandadan göndəriləcək futbolçulara gəlincə, belə fikrimiz yoxdur. Neyləmək olar, səviyyəli komanda qarşısında onların bundan artığına gücü çatmadı. Tutaq ki, komandaya hansısa bir Petrovu gətirdik, nə dəyişəcək ki? “Neftçi” olaraq bizim əsas məqsədimiz yerli məşqçi və futbolçulara üstünlük verməkdir. Legionerlərə də ehtiyac var. Təbii ki, yalnız səviyyəliləri olmalıdır”.

Qeyd edək ki, ilk oyunda səfərdə 0:3 hesabı ilə uduzan “Neftçi” Bakıda heç-heçə (0:0) ilə kifayətlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR