Bank Of Baku

“Kəpəz” futbol klubu Azərbaycan çempionatına qatılmaqdan imtina edə bilər

“Kəpəz” futbol klubu Azərbaycan çempionatına qatılmaqdan imtina edə bilər
# 20 iyul 2011 16:14 (UTC +04:00)
Bakı – APA. Maliyyə problemi ilə üzləşən “Kəpəz” Premyer Liqaya qatılmaqdan imtina edə bilər. Apasport.az saytının xəbərinə görə, Gəncə təmsilçisi çox güman növbəti milli çempionatda mübarizə aparmayacaq.

Buna səbəb isə komandanın sponsor tapa bilməməyidir. Yaxın günlərədək bu problem həll edilməsə, iyulun 22-də atılacaq növbəti çempionatın püşkatma mərasimində “Kəpəz” olmayacaq.

Gəncəlilərin imtinasından sonra Premyer Liqada 11 klubun mübarizə aparacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR