Bank Of Baku

Elxan Məmmədov: “Londonun “Arsenal” klubuna təkliflər vermişik”

Elxan Məmmədov: “Londonun “Arsenal” klubuna təkliflər vermişik”
# 21 iyul 2011 13:41 (UTC +04:00)
Bakı – APA. Londonun “Arsenal” klubu nümayəndəsini Azərbaycana göndərib. Apasport.az saytının məlumatına görə, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. E. Məmmədov onların dəvəti ilə Bakıya gələn İngiltərənin adlı-sanlı təmsilçisinin uşaq yay düşərgələri üzrə koordinatorunun Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da vəziyyətlə, həmçinin orada istirahət üçün çimərlik zonası ilə tanış olduğunu deyib: “Arsenal”ın nümayəndəsi buradakı şəraiti çox bəyənib. Biz bu kluba öz təkliflərimizi vermişik. Bu da London təmsilçisinin yayda burada düşərgə salması ilə bağlıdır. İngilislər burada istirahət edə bilərlər. Ancaq bu, mülki şəxslər və 6-16 yaşlı uşaqlara aiddir. Bildiyiniz kimi, “Arsenal” dünyanın müxtəlif yerlərində belə düşərgələrinin olması ilə bağlı layihə həyata keçirir. Biz də onlara müəyyən ödənişlərin müqabilində belə xidmətlər göstərə bilərik. Əgər “Arsenal” təklifimizi müsbət cavablandırarsa, əməkdaşlığımız baş tutacaq”.

Qeyd edək ki, AFFA bu gün Milli Mətbuat günü münasibətilə jurnalistlərlə Mərdəkana “Dalğa Arena”da görüş keçirərək, onları təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR