Bank Of Baku

Almaniyanın əfsanəvi futbolçusu qəribə vəziyyətlə üzləşib

Almaniyanın əfsanəvi futbolçusu qəribə vəziyyətlə üzləşib
# 21 iyul 2011 14:17 (UTC +04:00)
Bakı – APA. Almaniyanın əfsanəvi futbolçularından olan Herd Müller qəribə vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, dünyanın ən məhsuldar hücumçularından olan 65 yaşlı veteran oyunçu İtaliyada hafizəsini itirmiş halda tapılıb. Meneceri olduğu “Bavariya”nın gənc komandası ilə təlim-məşq toplanışında olan Müller səhər 5-də qəfildən oradan ayrılıb. Onun Münhenə getmək üçün bir taksiyə mindiyi, ancaq yetərincə pulu olmadığı üçün qatarla getdiyi və ardından yoxa çıxdığı yazılır. Müllerin düşərgədə olmadığı anlaşılınca futbolçular və klub rəsmiləri İtaliya polisinə məlumat veriblər. Polis onu hadisədən 13 saat sonra şəhər mərkəzində gəzərkən tapıb.

“Bavariya”nın mətbuat katibi Markus Hörvik isə Münhen qəzetinə açıqlamasında Müllerin səhər yeməyindən sonra gəzinti üçün oteldən ayrıldığını və azdığını açıqlayıb.

Qeyd edək ki, Müller karyerasının böyük hissəsini keçirdiyi “Bavariya”da 427 oyunda 365 qol vurub. O, milli komandamızın baş məşqçisi, həmyaşıdı Berti Foqtsla birgə uzun illər Almaniya yığmasında oynayıb. Onlar birgə 1972-ci ildə Avropa, 2 il sonra dünya çempionu olublar. Bundestimdə 62 oyunda 68 qol vuran hücumçu 1982-ci ildə karyerasını bitirdikdən sonra fasilələrlə alkoqoldan və depressiyadan müalicə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR