Bank Of Baku

Azarkeşlər “Fənərbaxça” - “Şaxtyor” oyununu yarımçıq dayandırıblar

Azarkeşlər “Fənərbaxça” - “Şaxtyor” oyununu yarımçıq dayandırıblar
# 22 iyul 2011 07:52 (UTC +04:00)
Bakı – APA. “Fənərbaxça” və Donetskin “Şaxtyor” klubları arasında yoldaşlıq görüşü yarımçıq qalıb. Apasport.az saytının məlumatına görə, “Şükrü Saracoğlu” stadionunda keçirilən oyun 67-ci dəqiqədə hesab 0:0 olarkən azarkeşlərin qarışıqlılığı üzündən yarımçıq dayandırılıb. Matçı idarə edən türkiyəli FİFA hakimi Fırat Aydınus oyunun gedişində bir neçə dəfə mübarizəni dayandırıb, sona 23 dəqiqə qalmış isə komandaları birdəfəlik meydandan çıxarıb. Stadionun işçiləri meydana axışan kütlənin qarşısını ala bilməsələr də, futbolçular paltardəyişmə otağına özlərini çatdırmağa imkan tapıblar.

Oyundan sonra arenadakı mətbuat lojası türkiyəli azarkeşlərin hücumuna məruz qalıb. Bununla da, yerli fanatlar “Fənərbaxça”nın rəhbərliyinə qarşı sanksiyalara narazılıqlarını nümayiş etdiriblər. Azarkeşlərin əşya, qəpik “yağışı”na oyunda iştirak edən ukraynalı jurnalistlər də “qonaq olublar”. Stadionun təhlükəsizlik əməkdaşları həm onları, həm də yerli jurnalistləri tribunalardan çıxarıblar. Jurnalistlər oyunu kafedə televizorla izləməli olublar. İnsident zamanı “Yunion” telekanalının jurnalisti xəsarət alıblar. O, əlindən yaralanıb.

Qeyd edək ki, Türkiyəli futbolunda danışılmış oyunlara görə əsas şübhəli şəxslərdən olan “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR