Bank Of Baku

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik istefaya göndərilib

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik istefaya göndərilib
# 22 iyul 2011 10:42 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, ötən yay bu posta gətirilən 49 yaşlı rumıniyalı mütəxəssis Avroliqanın II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə cavab oyunundan sonra istefaya göndərilib. Buna səbəb Lənkəran təmsilçisinin avrokuboklarda mübarizəni dayandırması və Rednikin gətirdiyi legionerlərlə birgə fayda verməməyi olub. “Xəəzr Lənkəran” heyətlə bağlı da radikal qərarlar çıxararaq, legioner və bir sıra yerli futbolçularla yollarını ayırıb. Rednik ötən gecə İstanbula, oradan da evinə yollanıb. Cənub klubu onun rəhbərliyi altında çempionatımızın gümüş medalı və ölkə kubokunu qazanıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” “Makkabi” ilə səfərdəki oyunda 1:3 hesabı ilə uduzub, Lənkərandakı görüşdə isə qolsuz bərabərlik qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR