Bank Of Baku

“Qalatasaray” “Yuventus”un braziliyalı oyunçusu Felipe Melonu transfer edib – FOTOSESSİYA

“Qalatasaray” “Yuventus”un braziliyalı oyunçusu Felipe Melonu transfer edib – <font color=red>FOTOSESSİYA</font>
# 23 iyul 2011 07:15 (UTC +04:00)
APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, F. Melo “Yuventus”dan 1 illik icarəyə götürülüb. İtalyan klubuna 1,5 milyon avro icarə haqqı, oyunçuya isə 3,3 milyon avro maaş və oynayacağı hər oyuna görə əlavə 30 min avro pul ödənəcək. “Qalatasaray” icarə müqaviləsi başa çatdıqdan sonra oyunçuya sahib olmaq istəsə “Yuventus”a 13 milyon avro ödəməlidir.

F. Melo iyulun 22-də axşam “Qalatasaray”ın Almaniyada keçirilən təlim-məşq toplanışına qatılıb. O, baş məşqçi Fateh Terim, “Qalatasaray”ın qapıçı məşqçisi, həmyerlisi Klaudio Taffarel və komanda yoldaşları ilə görüşərək məşqlərə başlayıb.

Tam adı Felipe Melo de Karvalyo olan futbolçu 1983-cü il təvəllüdlüdür. O, karyerasına ölkəsinin “Flamenqo” komandasında başlayıb, sonra “Kruzeyro”ya, orada da “Qremio”ya keçib. Avropa karyerasına İspaniyanın “Real” (Malyorka) komandasında başlayıb, daha sonra eyni ölkənin “Rasinq” (Santander) və “Almeria” komandalarında forma geyib. 2008-ci ildə 13 milyon avroya İtaliyanın “Fiorentina” komandasına keçən F. Melo 1 il sonra rekord məbləğ – 25 milyon avroya “Yuventus”a transfer olub.

F. Melo 22 dəfə Braziliya milli komandasında oynayıb və 2 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR