Bank Of Baku

Uruqvay milli komandası Amerika Kubokunun qalibi olub

Uruqvay milli komandası Amerika Kubokunun qalibi olub
# 25 iyul 2011 07:48 (UTC +04:00)
Bakı – APA. Uruqvay milli komandası “Amerika Kuboku-2011” turnirinin qalibi olub. Apasport.az saytının məlumatına görə, uruqvaylılar Argentinanın “Monumental” stadionunda keçirilən final oyununda Paraqvay yığmasına böyük hesabla qalib gəlib – 3:0. Qolları Luis Suarez və Dieqo Forlan (2) vurublar.

Maraqlıdır ki, Paraqvay yığması turnirin heç bir matçında qalib gəlməyərək ¼ və yarımfinalda oyun sonrası penaltilərlə növbəti mərhələyə yüksəlmişdi. Paraqvay finalda da çox aciz oyun nümayiş etdirdiyindən azarkeşlər gərgin mübarizənin şahidi olmayıb. Uruqvay bu qələbə ilə 15-ci dəfə Amerika Kubokunun qalibi olub.

Uruqvay milli komandasının hücumçusu Luis Suares yarışın ən yaxşı futbolçusu seçilib. “Liverpul”un 24 yaşlı hücumçusu turnirdə 4 qol vurub ki, bunun 1-i finalda Paraqvayla görüşdə olub. Paraqvay yığmasının qapıçısı Xusto Vilyar, Uruqvay millisi müdafiəçisi Sebastyan Koates öz ampluasında yarışın ən yaxşısı seçilib.

“Amerika kuboku-2011”in qolçusu 5 qolla Peru yığmasının hücumçusu Paolo Guerrero olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR