Bank Of Baku

Azərbaycan futbol yığmasının baş məşqçisi Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatmasına dəvət olunub

Azərbaycan futbol yığmasının baş məşqçisi Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatmasına dəvət olunub
# 25 iyul 2011 15:07 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Braziliyaya dəvət olunub. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis iyulun 30-da Rio-de-Janeyroda keçiriləcək 2014-cü il dünya çempionatının püşkatmasında iştirak edəcək. Mərasimə 106 federasiyanın nümayəndəsi, o cümlədən 38 milli komandanın baş məşqçisi qatılacaq. Onların püşkdən sonra seminarda iştirakı gözlənilir.

Braziliyadakı tədbirdə iştirakını təsdiqləyənlər arasında təşkilatçı ölkənin baş məşqçisi Mano Menezes, Portuqaliya yığmasının çalışdırıcısı Paulo Bentu, habelə Karlos Keyruş (İran), Ali Uliss (Kabo-Verde), Fernando da Kosta Santos (Yunanıstan) var.

Foqtsla yanaşı, dəvət olunanların siyahısında dünya futbolunun bir sıra ulduzları olan baş məşqçilər – son mundialın qalibi Visente del Boske (İspaniya), gümüş mükafatçısı Vert van Marveyk, habelə Fabio Kapello (İngiltərə), Loran Blan (Fransa), Çezara Prandelli (İtaliya), Lotar Matteus (Bolqarıstan) millimizin qrupda rəqibi olan Türkiyə yığmasının hollandiyalı çalışdırıcı Qus Hiddink var.

Qeyd edək ki, Rio-de-Janeroda Cənubi Amerika istisna olmaqla, 6 Konfederasiyadan 5-də seçmə mərhələnin qrupları bölünəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR