Bank Of Baku

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarının startı veriləcək

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarının startı veriləcək
# 25 iyul 2011 15:15 (UTC +04:00)
Bakı – APA. Sabah Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunu yenəndən sonra Azərbaycanı Avropanın ən nüfuzlu turnirində təmsilçisiz qoyan Zaqreb “Dinamo”su Finlandiyaya meydana çıxacaq. Xorvatiya çempionunu ötən mərhələdə evdə 10:0 hesabı ilə qalib gəlməklə, ÇL-in ən böyük hesablı qələbəsini qazanan komanda olan HİK-lə səfər sınağı gözləyir.

Türkiyə də ÇL-də mübarizə başlayır və vitse-çempionu “Trabzonspor” Portuqaliyada çətin sınaq qarşısındadır. Ötən mövsüm Avroliqanın yarımfinalında oynayan “Benfika” Şenol Günəşin çalışdırdığı komandanı imtahana çəkəcək. Trabzon təmsilçisi ÇL-in birbaşa qrup mərhələsində oynayacaq “Fənərbaxça” kimi həmin məsul yarışın iştirakçısı olmaq üçün 2 mərhələ keçməlidir.


Çempionlar Liqası, III təsnifat mərhələsi

İlk oyunlar


26 iyul

21:00. "Zestafoni" (Gürcüstan) - "Şturm" (Avstriya)
21:00. “Ekranas” (Litva) - BATE (Belarus)
22:00. APOEL (Kipr) - “Slovan” (Slovakiya)
22:30. “Liteks” (Bolqarıstan) - "Visla"(Krakov, Polşa)
23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Rubin” (Rusiya)
23:45. “Genk” (Belçika) - "Partizan" (Serbiya)
23:45. “Reyncers” (Şotlandiya) - "Malmö" (İsveç)
23:45. “Tvente” (Hollandiya) – “Vaslui” (Rumıniya)

27 iyul

21:00. HİK (Finlandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. “Kopenhagen” (Danimarka) - “Şamrok Rovers” (İrlandiya)
23:00. “Odense” (Danimarka) – “Panatinaikos” (Yunanıstan)
23:05. "Makkabi" (Hayfa, İsrail) - “Maribor” (Sloveniya)
23:15. “Standart” (Belçika) – “Sürix” (İsveçrə)
23:45. "Rusenborq" (Norveç) - “Viktoriya” (Çexiya)
23:45. “Benfika” (Portuqaliya) - “Trabzosnpor” (Türkiyə)

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtilə göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR