Bank Of Baku

Argentina milli komandasının baş məşqçisi istefaya göndərilib

Argentina milli komandasının baş məşqçisi istefaya göndərilib
# 26 iyul 2011 08:15 (UTC +04:00)
Bakı – APA. Argentina milli komandasının baş məşqçisi Serxio Batista tutduğu vəzifədən azad olunub. Apasport.az saytının məlumatına görə, futbol federasiyasının növbədənkənar iclasında çalışdırıcının istefaya göndərilməsi qərara alınıb. Belə addımın atılmasında Argentinada təşkil olunan Amerika kubokundakı uğursuz çıxışın rolu olub. Bir neçə gün əvvəl başa çatan yarışı 1/4 finalda başa vuran meydan sahibləri indi baş məşqçi axtarışlarına çıxıblar. Yığmanı 17 oyuna çıxarıb 8 qələbə, 6 heç-heçə və 3 məğlubiyyət zamanı iş başında olan Batistanın xələfi olmağa 2 namizəd var. Əsas namizəd 1986-cı ildəki dünya çempionluğunun memarı Karlos Bilardo olsa da “Estudiantes” klubundakı işi ilə tanınan Alexandro Sabelya da federasiyanın namizədlər siyahısında yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR