Bank Of Baku

“Brügge” – “Qarabağ” matçı 1 dəqiqəlik sükutla başlayacaq

“Brügge” – “Qarabağ” matçı 1 dəqiqəlik sükutla başlayacaq
# 27 iyul 2011 07:49 (UTC +04:00)
Bakı – APA. Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Belçikada keçiriləcək "Brügge" - "Qarabağ" matçı 1 dəqiqəlik sükutla başlayacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb kimi isə bir neçə gün öncə Norveçdə 90 nəfərdən çox insanın ölümü ilə nəticələnən terror aktının baş verməsi göstərilir.
"Brügge" rəhbərliyi Norveçlə hər zaman dostluq əlaqələrində olduqlarını və bu addımı məhz komandanın norveçli oyunçusu Tom Hoqlinin həmyerlilərinə hörmət əlaməti olaraq atacaqlarını bildirib.
Qeyd edək ki, "Brügge" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR