Bank Of Baku

Avropa futbol klubları FİFA və UEFA –dan çıxıb Super Liqa yarada bilərlər

Avropa futbol klubları FİFA və UEFA –dan çıxıb Super Liqa yarada bilərlər
# 28 iyul 2011 17:53 (UTC +04:00)
Bakı-APA. Avropa futbol klubları Futbol Assosiasiyaların Beynəlxalq Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyalarının Birliyindən (UEFA) çıxıb öz Super Liqasını yarada bilərlər.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu dünya futbolu rəhbərləri tərəfindən klubların beynəlxalq yarışlar və maliyyə məsələləri barədə tələblərinə diqqət yetirilmədiyi halda baş verə bilər.
Hal hazırda Avropa futbol komandalarının maraqlarını Avropa klubları Assosiasiyasının (ESA) müdafiə edir. Futbol komandaları və UEFA arasında qarşılıqlı anlaşma memorandumunun vaxtı 2014-cü ildə bitir. 2014-cü ildən başlayaraq komandalarının UEFA qarşısında heç bir öhdəlik olmayacaq. Beləliklə komandalar Çempionlar Liqasında iştirak etməmək hüququna malik olacaqlar, onlar milli komandalara oyunçuları buraxmaya bilərlər (dünya çempionatı və yoldaşlıq oyunları daxil olmaqla bütün rəsmi matçlara). Əgər komandalara kifayət qədər təminat verilməsə onlar beynəlxalq futbol təşkilatlarından çaxmaq barədə qərar qəbul edə bilərlər. Bu istiqamətdə hadisələrin inkişafına səbəblərdən biri FİFA-da korrupsiya qalmaqalları ilə bağlı son hadisələr olub.
ESA-nın tərkibində 197 Avropa klubu var. Lakin yalnız 9 komanda “inqilabın” tərəfdarıdır: “Bavariya”, “Çelsi”, “Mançester Yunayted”, "Real" ( Madrid), “Barselona”, “Liverpul”, “Arsenal”, “Milan” və “Internationale”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR