Bank Of Baku

“Qarabağ” Belçikada böyük hesabla uduzub

“Qarabağ” Belçikada böyük hesabla uduzub
# 29 iyul 2011 07:59 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” Belçikanın ən titullu komandalarından sayılan “Brügge”nin qonağı olub.

Brügge şəhərindəki “Yan Bleydels” stadionunda baş tutan qarşılaşmada qapılara 5 qol vurulub ki, meydan sahibləri erkən qolla azarkeşlərini sevindirib. 9-cu dəqiqədə Vleminksin zərbəsi qarşısında Pavliviç aciz qalıb – 1:0.

Komandalar fasiləyə elə bu hesabla da yollanıblar. İkinci hissəyə də hücumlarla başlayan “Brügge” 55-ci dəqiqədə Vaskesin sayəsində ikinci qolu vurub. Bundan cəmi 7 dəqiqə sonra “Qarabağ” fərqi azaldıb. Rauf Əliyev gözəl kombinasıyanı dəqiq zərbə ilə tamamlayıb.

Amma bu, “Qarabağ”ın “Yan Bleydels”də vurduğu son qol olub. Əvəzində meydan sahibləri 12 dəqiqəyə 2 qol vurmaqla, böyük hesablı qələbəni rəsmiləşdiriblər. 71-ci dəqiqədə Donkun, 83-cü dəqiqədə isə Dirarın zərbəsi qarşısıalınmaz olub.

28 iyul
Avroliqa, III təsnifat mərhələsinin ilk oyunu

“BRÜGGE” (BELÇİKA)
– “QARABAĞ” (AZƏRBAYCAN) - 4:1

Baş hakim: Arnold Hunter (Şimali İrlandiya)

QOLLAR: Born Vleminks, 9; Viktor Vaskes, 55; Rayan Donk 71; Nabil Dirar, 83- Rauf Əliyev, 62
Brügge. “Yan Bleydels” stadionu
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR