Bank Of Baku

Qurban Qurbanov: “Böyük hesabla uduzmağımıza baxmayaraq, futbolçulardan razı qaldım”

Qurban Qurbanov: “Böyük hesabla uduzmağımıza baxmayaraq, futbolçulardan razı qaldım”
# 29 iyul 2011 08:00 (UTC +04:00)
Bakı – APA. “Oyun haqda çox danışmaq fikrim yoxdur”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Brüggedə eyniadlı komandaya 1:4 hesablı məğlubiyyətin ardınca təşkil olunan mətbuat konfransında Qurbanov bildirib ki, belə nəticə gözləmirmiş: “Belə hesabla uduzacağımızı fikirləşmirdik. Müəyyən problemlər var idi ki, bu da Rəşad Sadiqovun qardaşının vəfat etməsilə bağlıdır. Ardında Vüqar Nadirov matçın əvvəlində zədə alıb, əvəzləndi. Böyük hesabla uduzmağımıza baxmayaraq, futbolçulardan razı qaldım. Bakıda maraqlı futbolun şahidi olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR