Bank Of Baku

Rəşad Sadıqov: “Buraxdığımız qollardan sonra bərabər oyun gedirdi”

Rəşad Sadıqov: “Buraxdığımız qollardan sonra bərabər oyun gedirdi”
# 29 iyul 2011 08:14 (UTC +04:00)
Bakı – APA. “Hər iki hissənin əvvəlində qol buraxdıq. Amma buraxdığımız qollardan sonra bərabər oyun gedirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

Ağdam təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Belçikada “Brügge”yə böyük hesabla uduzdu. Millimizin də üzvü olan Sadıqov oyundan sonra əməkdaşımızla söhbətində 1:4 hesablı yenilgi haqda fikirlərini açıqlayıb: “Komandamız əlindən gələni etdi. Fikrimcə, “Brügge” “Russenborq”dan da güclü komandadır. Dördüncü qol avtoqol oldu. Rəqib futbolçu asma edən zaman top sinəmə dəyib qapıçının başının üstündə qapıya düşdü. İndi biz bu oyunu unudub, evdəki matça yaxşı hazırlaşmalıyıq”.

Rəşad bildirib ki, “Brügge” əlinə düşən imkanlardan maksimum yararlanıb: “4-5 qol epizodları oldu ki, bundan da yararlandılar. Deməzdim ki, bütün qollar 100 faizlik idi. Amma buna baxmayaraq, rəqib çox yaxşı komandadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR