Bank Of Baku

“Neftçi” rəhbərliyi baş məşqçi Arif Əsədovu istefaya göndərir

“Neftçi” rəhbərliyi baş məşqçi Arif Əsədovu istefaya göndərir
# 29 iyul 2011 10:34 (UTC +04:00)
Bakı – APA. “Arif Əsədovun istefası ilə bağlı qərar verməmişəm. Lakin etiraf edim ki, həqiqətən də bu məsələ gündəmdədir”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov verib.

Paytaxt təmsilçisinin rəhbəri Çempionlar Liqasında uğursuz çıxışdan sonra baş məşqçi Arif Əsədovun istefaya göndəriləcəyini bildirib: “Hələ qərarı verməmişəm. Bu səbəbdən də indi danışmaq istəmirəm. Amma sabah qərar veriləcək. Yeni baş məşqçinin də adına onda açıqlayacağıq. Premyer Liqanın ilk turunun qarşılaşmasına qədər məsələ tam həllini tapacaq. Kim mənimlə işləmək istəmirsə, bu, onun öz problemidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR