Bank Of Baku

Lənkəranda qızlar üçün futbol həftəliyi keçirilib – FOTO

Lənkəranda qızlar üçün futbol həftəliyi keçirilib – <font color=red>FOTO </font>
# 29 iyul 2011 11:47 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər Uşaq-Gənclər İdman Məktəbində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı və ABŞ-ın Sülh Korpusu ilə “Accessbank”ın maliyyə dəstəyi ilə keçirilən qızların futbol həftəsi bu gün başa çatıb. ABŞ-ın Sülh Korpusunun könüllüsü Amy Kingin APA-nın cənub bürosuna verdiyi məlumata görə, tədbirin keçirilməsinin əsas məqsədi qızlarda futbola marağın artırılmasından ibarət olub. Həftə ərzində təlim-məşq toplantılarına 8 yaşdan 16 yaşa kimi 20-dək qız cəlb olunub. Bu müddətdə məşqçi Xalid Ağayevin rəhbərliyi ilə qızlar futbolun texnikasına yiyələnmək imkanı qazanıblar.
X. Ağayev APA-ya qızlardan ibarət komandanın gələcəkdə respublika əhəmiyyətli yarışlara qatılacağını bildirib. Sonda bütün iştirakçılara təşkilat komitəsinin sertifikatları verilib.
Qeyd edək ki, analoji tədbirin respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR