Bank Of Baku

Dik Advokat: “Başa düşürsünüz, Azərbaycan yığması Türkiyəni məğlub edib”

Dik Advokat: “Başa düşürsünüz, Azərbaycan yığması Türkiyəni məğlub edib”
# 01 avqust 2011 09:38 (UTC +04:00)
Bakı – APA. Rusiya yığmasının baş məşqçisi Dik Advokat 2014-cü il dünya çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Azərbaycan millisi haqda da danışıb. O, ilk dəfə görüşəcəyi komandamızın cari seçmə mərhələdə yeganə qələbəsinə toxunub.

“Bu seçmə mərhələdə Azərbaycan yığması Türkiyəni yendi, Lüksemburq isə xatırlayırsınızsa, Otmar Hitsfeldin rəhbərlik etdiyi İsveçrəyə qalib gəldi. Nəyə işarə vurduğumu başa düşürsünüz? Ancaq Rusiya bu qrupdan mütləq çıxmalıdır. Ancaq əvvəldən xəbərdarlıq edirəm: bu 2 kiçik komandaya görə qrupumuzda bütün hamının sürüşkən yol gedəcəyini gözləməyə dəyər. Artıq o vaxtlar deyil” – deyə, Advokat əlavə edib.

Holland çalışdırıcının fikrincə, milli komandamızdakı həmkarı Berti Foqtsla qarşıda söhbəti olacaq: “Bizim böyük görüşümüz olacaq. Hərçənd, bəzi şeyləri elə burda müzakirə etdik. Hər şey normaldır! Püşk bundan pis, bundan yaxşı da ola bilərdi. Bizim qrupda güclü və zəiflər var. Ümumiyyətlə, heç bir qorxulu şey baş vermədi. Hər şey qaydasındadır. Rusiya həmişə 1-ci olmağa can atdığından, biz qrupdan lider kimi çıxmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR