Bank Of Baku

Bakıda çimərlik futbolu üzrə turnir keçiriləcək

Bakıda çimərlik futbolu üzrə turnir keçiriləcək
# 01 avqust 2011 11:35 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Avqustun 6-da Bakıda çimərlik futbolu üzrə turnir keçiriləcək. APA-nın Böyük Britaniya səfirliyinə istinadən verdiyi məlumata görə, idman tədbiri 2012-ci il London Olimpiadasının başlanmasına qalmış bir illik dövrə həsr olunur. Futbol turnirinə Britaniya səfirliyi, Britaniya məzunları assosiasiyası, AFFA, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan mətbuat işçilərini təmsil edən beş komanda qatılacaq. Hər bir komanda 6 oyunçu ilə çimərlik meydançasına çıxacaq. Mərdəkandakı “Dalğa” idman və istirahət mərkəzinin meydançasındakı yarışma axşam saat 6-da başlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR