Bank Of Baku

Berti Foqts: “Makedoniya ilə oyunda müəyyən testləri həyata keçirəcəyəm”

Berti Foqts: “Makedoniya ilə oyunda müəyyən testləri həyata keçirəcəyəm”
# 02 avqust 2011 15:23 (UTC +04:00)
Bakı – APA. “Makedoniya ilə oyunda müəyyən testləri həyata keçirəcəyəm”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Avqustun 10-da Bakıda Makedoniya ilə yoldaşlıq oyununda üz-üzə gələcək millimizin bu gün mətbuat üçün açıq məşqi keçirilib. Jurnalistlərin suallarını cavablandıran almaniyalı çalışdırıcı bildirib ki, həmin görüş rəsmi oyunlar öncəsi yaxşı bir sınaqdır: “Çünki Makedoniya ilə görüşdən sonra dalbadal 3 ev oyunumuz var və bunlara ciddi hazırlaşırıq”.

Foqts DÇ-2014-ün seçmə mərhələsinin püşkünə də münasibət bildirib: “Çox maraqlı qrupa düşmüşük. Portuqaliya yığmasında Ronaldo, Nani kimi ulduz futbolçular var. Onlarla qarşılaşmaq gənc komandamız üçün yaxşı təcrübə olacaq. Portuqaliya ilə oyunlar bu baxımdan müəyyən əhəmiyyət kəsb edir. Rusiya ilə vaxtilə bir seçmə mərhələdə düşdüyümüzdən, necə oynadıqlarını bilirik. İsrail yığması texnikalı futbolu ilə seçilir. Şimali İrlandiya millisi aqressiv oynayır. Lüksemburq ilə görüşdüyümüzdən, onun haqda da məlumatımız var. Portuqaliya və Rusiya yığması bu qrupun favoritidir, Azərbaycan yığması yox”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR