Bank Of Baku

“Qəbələ” Serbiya milli komandasının futbolçusunu transfer edib

“Qəbələ” Serbiya milli komandasının futbolçusunu transfer edib
# 02 avqust 2011 15:58 (UTC +04:00)
Bakı – APA. “Qəbələ” klubu növbəti transferini reallaşdırıb. Bu barədə apasport.az saytına komandanın baş meneceri Zaur Əzizov məlumat verib.

O bildirib ki, artıq Serbiya yığmasının futbolçusu Veseliko Trivunoviçin keçidi həll olunub: “Veseliko ilə 1 illik müqavilə bağlamışıq. O, hazırda da milli komandasının üzvüdür, Serbiyanın OFK klubundan transfer etmişik”.

Əzizov, həmçinin qeyd edib ki, Veseliko sabahdan Qəbələyə komandanın hazırlığına yollanacaq: “O, gələn həftənin ilk günü isə milli komandasının düşərgəsinə gedəcək. Veseliko Serbiya yığmasının avqustun 10-da Rusiya ilə Moskvadakı yoldaşıq görüşünə çağırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR