Bank Of Baku

İstanbul polisi “Qalatasaray” klubunun Floryadakı mərkəzində axtarış aparır - YENİLƏNİB

İstanbul polisi “Qalatasaray” klubunun Floryadakı mərkəzində axtarış aparır - <font color=red>YENİLƏNİB</font>
# 04 avqust 2011 10:21 (UTC +04:00)
APA-nın məlumatına görə, axtarışı İstanbul Əmniyyət Müdirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları aparır. Floryadakı axtarışın səbəbləri barədə açıqlama verilməyib.

Bundan başqa Türk Telekom Arenada yerləşən “Qalatasaray” klubu İdarə Mərkəzində və klubun idman koordinatoru Bülənd Tülünün evində də axtarışlar aparılır. İlkin məlumata görə, axtarışa səbəb 2005/2006 il mövsümünün son həftəsində oynanılan “Fənərbaxça” - “Dənizlispor” matçı ilə bağlıdır. Bu oyunun 1-1 başa çatması ilə “Fənərbaxça” çempionluğu əldən vermiş, çempion titulunu “Qalatasaray” qazanmışdı. Türkiyə mediası həmin matçda “Qalatasaray” rəhbərliyinin “Dənizlispor” klubunun oyunçularını satın aldığı ilə bağlı iddiaların olduğunu, axtarışların da bu iddiaları təsdiqləmək üçün dəlil tapmaq məqsədi daşıdığını yazır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR