Bank Of Baku

“Qalatasaray” Emmanuel Kulionu “Orduspor”a icarəyə verib

“Qalatasaray” Emmanuel Kulionu “Orduspor”a icarəyə verib
# 06 avqust 2011 07:31 (UTC +04:00)
Bakı-APA. “Qalatasaray” klubu ötən il Rumıniyanın “Kluj” klubundan transfer etdiyi argentinalı Emmanuel Kulionu “Orduspor” klubuna icarəyə verib. APA-nın məlumatına görə, ötən il 2 milyon dollara transfer edilən Kulio “sarı-qırmızı” formada 15 oyunda 4 qol vurub. Yeni baş məşqçi Fatih Terim oyunçudan razı qalmayaraq Kulionun adını komandanı tərk edəcək futbolçular siyahısına daxil edib. Birjada təqdim olunan hesabatda Emmanuel Kulionun “Orduspora” 350 min avro müqabilində bir illik icarəyə verildiyi bildirilir. Razılaşmaya əsasən, “Orduspor” bir il ərzində Kulionun bonservisini ala bilər, bunun üçün isə “Qalatasaray”a 1,55 milyon avro pul ödənməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR